Azərbaycanlı və xarici müəlliflərə ödənilən qonorarın məbləği AÇIQLANDI 

Azərbaycanlı və xarici müəlliflərə ödənilən qonorarın məbləği AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanlı və xarici müəlliflərə ödənilən qonorarın məbləği AÇIQLANDI 

62552

2021-ci ildə müəlliflərin əmlak hüquqlarının idarəçiliyini təmin etmək nəticəsində (teatr-tamaşa təşkilatlarında əsərlərdən istifadəyə görə) 19275.24 manat müəllif qonorarı yığılıb və təyinatı üzrə bölgüsü aparılıb.

Bizim.Media xəbər verir ki, bu, Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Bunlardan Azərbaycan müəlliflərinə 13389.78 manat, xarici müəlliflərə 2488.60 manat, Dövlət varidatı olan əsərlərə görə 1078.83 manat, gəlir vergisi 1934.02 manat, bank xidməti 384.01 manat təşkil edir.

Eyni zamanda qonorar hesablanan yerli və xarici müəlliflərin adları, soyadları və mənsub olduqları ölkələr barədə məlumatların dəqiqləşdirilməsi istiqamətində mütəmadi iş aparılıb.
Agentliyin hesabına daxil olmuş 22256.00 manat müəllif qonorarından köçürmə yolu ilə 11179.43 manat Azərbaycan müəllifllərinə, 751.05 manat xarici müəlliflərə ödənilib, qonorardan tutulmuş 2126.66 manat gəlir vergisi dövlət büdcəsinə, 338.51 manat bank xidməti üçün köçürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO