Azərbaycandan Türkiyəyə təbii qaz ixracında AZALMA 

Azərbaycandan Türkiyəyə təbii qaz ixracında AZALMA 

Hazırda oxunan: Azərbaycandan Türkiyəyə təbii qaz ixracında AZALMA 

62405

2021-ci ilin dekabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,21 faiz azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatı (EPDK) məlumat verib.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,066 milyard, ABŞ-dan 1,053 milyard, Azərbaycandan isə 747,34 milyon kubmetr təşkil edib.

Dekabr ayında Rusiyadan Türkiyəyə qaz ixracı 29,91 faiz azalıb, ABŞ-dan isə 92,64 faiz artıb. 

2021-ci ilin dekabrında Türkiyəyə ümumi qaz idxalı ötən ilin dekabrı ilə müqayisədə 1,21 faiz azalaraq 6,184 milyard kubmetr təşkil edib. Türkiyə 3,669 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 2,515 milyard kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb. 

Qaz istehlakı isə 2020-ci ilin dekabrı ilə müqayisədə 5,63 faiz artaraq 4,867 milyard kubmetr təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO