Elman Rüstəmov büdcə layihəsində deyilənləri şayiə adlandırdı

Elman Rüstəmov büdcə layihəsində deyilənləri şayiə adlandırdı

Hazırda oxunan: Elman Rüstəmov büdcə layihəsində deyilənləri şayiə adlandırdı

6197

''Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar''.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

MÖVZU İLƏ BAĞLI:

2021-ci ildə devalvasiya gözlənilir? - Elman Rüstəmovun CAVABI


AMB sədri bildirb ki, bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur:

''Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın''.

Xatırladaq ki, 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilmişdir ki, Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO