Avropada fevralın 24-də keçirilən hərracda təbii qazın qiyməti 35 faiz bahalaşıb.
Bizim.Media TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qaz fyuçersinin qiyməti 1400 dollara yüksəlib.
Bahalaşma bu gün səhər saatlarında Ukrayna ərazisinin Rusiya Federasiyası və Belarus Respublikası istiqamətindən hücuma məruz qalması fonunda baş verir.
Xatırladaq ki, dünən ticarət gününün başlanğıcında Avropada min kubmetr qaz üçün mart fyuçersinin qiyməti 960,6 dollar təşkil edirdi.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:19 / 24.02.2022
Avropada təbii qazın qiyməti 35 faiz bahalaşdı
Hazırda oxunan: Avropada təbii qazın qiyməti 35 faiz bahalaşdı
Hazırda oxunan: Avropada təbii qazın qiyməti 35 faiz bahalaşdı
61650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.