Son 4 ildə sosial paketlərə nə qədər pul xərclənib? - RƏSMİ

Son 4 ildə sosial paketlərə nə qədər pul xərclənib? - RƏSMİ

Hazırda oxunan: Son 4 ildə sosial paketlərə nə qədər pul xərclənib? - RƏSMİ

0:00
0:00
61438

"Son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 %-dən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirilib, bu paketlər üçün ayrılan əlavə illik vəsait ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dollar olub".

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, həmin dövrdə minimum əməkhaqqı orta hesabla 2,3 dəfə, minimum pensiya 2,2 dəfə, sosial müavinətlər 70 faiz, ümumi sosial xərclər 2,5 mlrd. manat artıb:

"2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz, orta aylıq əmək haqqında 35 faiz, median əmək haqqında 74 faiz, əmək haqqı fondunda 2 dəfə artım baş verib".

Onun sözlərinə görə, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığorta daxil olmalarına da müsbət təsir göstərib:

"Son 4 ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Dövlət büdcəsindən Fonda transfertlərin həcmi isə 14 faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və Fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib".

S.Babayev nazirlik tərəfindən 400 min nəfərə sosial müavinət, 300 min nəfərə təqaüd, 176 minə yaxın ailə üzvü olan 40 min ailəyə ünvanlı dövlət sosial yardımı verildiyini deyib:

"Həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği son 4 ildə 2,5 dəfə artaraq 380 manata çatıb".

Nazir pandemiya dövründə 4 istiqamət üzrə 12 sahə üzrə icra olunan sosial dəstək paketlərinin ölkə əhalisinin 48 faizini və ya 4,8 milyon nəfəri əhatə etdiyini diqqətə çatdırıb:

"Ötən ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO