Qeybə çıxan valyutadəyişmə məntəqələri yenidən qayıdır? - Ekspertdən AÇIQLAMA 

Qeybə çıxan valyutadəyişmə məntəqələri yenidən qayıdır? - Ekspertdən AÇIQLAMA 

Hazırda oxunan: Qeybə çıxan valyutadəyişmə məntəqələri yenidən qayıdır? - Ekspertdən AÇIQLAMA 

61094

İllər öncə metro çıxışlarında və digər ərazilərdə böyük hərflərlə yazılmış, dollar simvolu ilə gəl-gəl deyən valyuta dəyişmə məntəqələri artıq bir müddət idi ki, görünmürdü. 2020-ci ildən başlayaraq isə bu cür yerlərin yenidən fəaliyyətinə icazə verilib. Amma bu işə o qədər də maraq göstərən artıq yoxdur.

Bu vəziyyət valyutadəyişmədə insanlar üçün bəzi problemləri yaratsa da amma obyektiv səbəbləri də var. Bəzi ekspertlərin fikrincə valyutadəyişəmə mərkəzləri üçün qoyulan iqtisadi şərtlər və kart sisteminə keçid bu işə marağı azaldıb.

İqtisadçı-ekspert Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında bildirir ki, həmin məntəqələri artıq banklar əvəz edir.
 

MÖVZU İLƏ BAĞLI:

Valyuta dəyişən məntəqələr niyə bağlandı və niyə AÇILMIR? 


Həmçinin bu cür məntəqə problemləri Avropa ölkələrində də mövcuddur:

"Düzdür, valyuta dəyişmə məntəqələri hazırda çox olmasa da var və bəziləri də bərpa olunur. Lakin istənilən bank filialına yaxınlaşıb valyuta almaq mümkündür. Bu baxımdan məntəqələrdən daha rahat və əlçatandır. Hətta mən sizə deyim ki, xaricdə aparıcı banklarını çoxu valyuta satmır, bunun üçün xüsusi banklar mövcuddur. Özümdən misal gətirim, bir neçə dəfə Almaniyada olarkən bu məsələdən əziyyət çəkmişəm. Üstümdə dollar olub onu avroya dəyişmək istəmişəm və bunun üçün Berlində xeyli məsafə qət etmişəm. Qeyd edim ki, xaricdə çoxu kartından çıxarır bu valyutaları, bizdə sadəcə kart mədəniyyəti hələ formalaşmayıb".

Ekspert həmçinin ölkədə valyuta məntəqələrinin qıtlığı probleminin deyil, valyuta dəyişmə məsələsinin özünün problemli olduğunu diqqətə çatdırıb:

"Valyuta dəyişmə məntəqələri üçün valyutanı əldə etmək elə də asan məsələ deyil. Onlar valyutanı banklardan almalıdırlar. Bu dəqiqə banklar yalnız günün I yarısında valyuta satırlar və hamının 20 min manatlıq limiti var.

Belə bir məhdudiyyətin olması valyuta dəyişmə əməliyyatları ilə məşğul olan sahibkar üçün əlverişli deyil. Ən əsası, valyutadəyişmə məntəqəsi üçün AMB-dən icazə alınmalıdır və bu da asan məsələ deyil"

Qeyd edək ki, Azərbaycanda valyuta alqı-satqısı demək olar ki, bankların nəzarətindədir. Azərbaycan Milli Bankı banklardan başqa cəmi 1 şirkətə - "Eliko" MMC-yə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verib. Şirkət VMF-1 saylı lisenziyanı 2020-ci ilin sentyabrın 23-də alıb və hazırda Bakıda valyuta alqı-satqısı ilə məşğuldur.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO