Yanvar ayında Bakıda bu evlərin qiyməti bahalaşıb

Yanvar ayında Bakıda bu evlərin qiyməti bahalaşıb

Hazırda oxunan: Yanvar ayında Bakıda bu evlərin qiyməti bahalaşıb

60961

Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

Bizim.Media xəbər verir ki, qeyd olunan müddət ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 1,10 faiz artım qeydə alınıb. İl ərzində isə artım 12,12 faiz təşkil edib.

Bahalı evlərin bir kv.m-nin qiyməti 1701 manat, orta qiymətə evlərin 978 manat, ucuz evlərin qiyməti isə 545 manat təşkil edib.

Bahalı evlərin qiyməti yanvar ayında 2,04 faiz, orta qiymətə evlərin 1,03 faiz, ucuz evlərin qiyməti isə 2,64 faiz bahalaşıb.

İl ərzində isə artım bahalı evlərdə 3,03 faiz, orta qiymətə olan evlərdə isə 0,41 faiz təşkil edib. Ucuz evlərin qiymətində isə 5,38 faiz ucuzlaşma müşahidə edilib. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO