Qarabağ zəfərinə həsr olunan kartof sortları yaradıldı: \

Qarabağ zəfərinə həsr olunan kartof sortları yaradıldı: \"Murovdağ\" və \"Qələbə - FOTO 

Hazırda oxunan: Qarabağ zəfərinə həsr olunan kartof sortları yaradıldı: \"Murovdağ\" və \"Qələbə - FOTO 

0:00
0:00
60883

Qarabağda tarixi qələbəmizdən sonra yeni yaradılmış iki kartof sortuna 30 iĺdən sonra erməni işğalından azad edilən tarixi torpaqlarımızın şərəfinə "Murovdağ" və "Qələbə"adları verilib.

Bu barədə Azərbaycan Tərəbəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev Bizim.Media-ya açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, "Murovdağ" və "Qələbə" kartof sortları dağlıq və dağətəyi zonaların iqliminə uyğun olduğu üçün bu zonalarda yetişdirilməsi məqsədəuyğun hesab edilib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın meyvə-tərəvəz ixracı 27% artıb


"Murovdağ dağ silsiləsi igid oğullarımızın sayəsində düşmən tapdağından azad edildi, tarixi zəfərimizi qazandıq. Bu səbəbdən yeni sortları belə adlandırdıq".

Elmar Allahverdiyev yeni sortlarla bağlı onu da bildirdi ki, "Murovdağ", "Qələbə" kimi yeni kartof sortları daxil olmaqla, ümumilikdə, 9 kartof sortu dövlət qeydiyyatına alınması  üçün dövlət komissiyasına təqdim edilib.

Artıq onlardan 4-nün patenti hazırdır, yaxın günlərdə veriləcək ,digər 5 kartof sortunun patenti isə qarşıdakı ildə bizə təqdim olunacaq.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO