Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycan milli pavilyonla təmsil olunur.
Bizim.Media xəbər verir ki, "Gələcək üçün toxumlar" mövzusunda təbii elementdən (ağac və yarpaq) təşkil olunan Azərbaycan pavilyonu ən çox ziyarət olunanlar (bu günə qədər 2 milyon nəfər ziyarət edib) sırasındadır.
Sərgini ziyarətçiləri arasında Xalq yazıçısı Çingiz Abdullayev və politoloq Ceyhun Osmanlı da olub.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Azərbaycan pavilyonunu ziyarət etdi - "Expo-2020 Dubai" - FOTO
Ceyhun Osmanlı sərgidə iştirakı Azərbaycanın turizmini, eyni zamanda mədəniyyətini tanıtmaq üçün ən gözəl şans kimi dəyərləndirib:
“Burda hər bir millətin təmsilçisini görmək olar. Bu Azərbaycanın turizmini eyni zamanda mədəniyyətini tanıtmaq üçün ən gözəl şansdır. Burda fərqli günlər qeyd edilir. Konsertlər, kulinariya və digər maraqlı günlərlə yadda qalır.
Hər bir tədbirdən turistlər özləri üçün nəsə götürürlər. Bu həm mədəni mənadadır, həm də maariflənmə mənasında. Bu ilk növbədə Azərbaycan turizminə müsbət mənada təsir edəcək”.
Qeyd edək ki, ötən ilin 1 oktyabr tarixində start götürən "Expo 2020 Dubai" sərgisi 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.
Bizim.Media