Ukraynada kriptovalyutalardan istifadə rəsmiləşdirildi 

Ukraynada kriptovalyutalardan istifadə rəsmiləşdirildi 

Hazırda oxunan: Ukraynada kriptovalyutalardan istifadə rəsmiləşdirildi 

60781

Ukrayna Ali Radası virtual aktivlər haqqında qanun layihəsini qəbul edib.

Bizim.Media “stockworld”ə istinadən xəbər verir ki, Sənəd Ukraynada virtual aktivlərin dövriyyəsi ilə bağlı yaranan hüquqi münasibətlərə şamil ediləcək. 

O, həmçinin virtual aktivlər bazarı iştirakçılarının hüquq və vəzifələrini, virtual aktivlərin dövriyyəsi sahəsində dövlət siyasətinin prinsiplərini müəyyən edir.

Eyni zamanda, qanun layihəsində virtual aktiv anlayışı vətəndaş hüquqlarının obyekti olan, dəyəri olan və elektron formada məlumatlar toplusu ilə ifadə olunan qeyri-maddi sərvət kimi müəyyən edilib.  

Virtual aktivin mövcudluğu və dövriyyəsi onların dövriyyəsini təmin edən sistem tərəfindən təmin edilir. Virtual aktiv mülkiyyət hüquqlarını, o cümlədən mülki hüquqların digər obyektlərini tələb etmək hüququnu təsdiq edə bilər. Virtual aktiv həm müstəqil mülki dövriyyə obyekti ola bilər, həm də əmlak və ya qeyri-əmlak hüquqlarını, xüsusən mülki hüquqların digər obyektlərini tələb etmək hüququnu təmin edə bilər. 

Ekspertlərin sözlərinə görə, yeni qanuna əsasən bütün xarici kripto birjalar Ukraynada sərbəst fəaliyyət göstərə bilərlər. Onlardan yalnız Qiymətli Kağızlar Komissiyasında qeydə alınmaq tələb olunur. 

Ukraynanın Rəqəmsal Transformasiya naziri adı çəkilən qanunun Ukraynada innovasiyaların, virtual aktivlərin və rəqəmsal sahibkarlığın inkişafına, kriptovalyuta sahəsində şəffaf investisiya mühitinin formalaşmasına ciddi təkan verəcəyini bildirib. 
Bunun nəticəsi olaraq, ən yaxın müddətdə Ukraynada regionun, ümumiyyətlə MDB məkanının ən böyük kriptovalyuta bazarı formalaşa bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO