Hökumətin gördüyü məqsədyönlü tədbirlər nəticəsində koronavirus pandemiyasının yarada biləcəyi böhranın qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən Maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsində pandemiyaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, xalqın rifahının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan tədbirlər, dövlət sərhədlərinin bərpa olunması və digər xərclər nəzərə alınıb.
S. Şərifovun sözlərinə görə, büdcə Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək istiqamətində tədbirlər nəzərə alınmaqla tərtib edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:03 / 23.12.2020
''Pandemiyanın yarada biləcəyi böhranın qarşısı alınıb'' - Maliyyə naziri
Hazırda oxunan: ''Pandemiyanın yarada biləcəyi böhranın qarşısı alınıb'' - Maliyyə naziri
Hazırda oxunan: ''Pandemiyanın yarada biləcəyi böhranın qarşısı alınıb'' - Maliyyə naziri
6072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.