Sahibkarlığın inkişafı ilə bağlı qanun layihəsi hazırlandı – RƏSMİ  

Sahibkarlığın inkişafı ilə bağlı qanun layihəsi hazırlandı – RƏSMİ  

Hazırda oxunan: Sahibkarlığın inkişafı ilə bağlı qanun layihəsi hazırlandı – RƏSMİ  

60714

"Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı yeni qanun layihəsi hazırlanıb”. 

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov bildirib. 

O, bu barədə Bakıda rəhbərlik etdiyi qurumun, eləcə də Milli Məclisin və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda danışıb. 

“Ölkə prezidentinin KOBİA-nın fəaliyyətinin təmin edilməsi ilə bağlı fərmanında belə bir tapşırıq var idi ki, qısa müddətdə sahibkarlığın inkişafı ilə bağlı yeni qanun layihəsi hazırlansın.

Hazırda həmin sənəd hökumətdə razılaşdırma mərhələsindədir. Qanunun parlamentdə ictimai dinləməsini təşkil etmişik. Sənəd çoxsaxəli olduğu üçün, digər əlaqədar sənədlərlə bağlı olduğu üçün çoxsaylı razılaşdırma prosedurundan keçməlidir”, - deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO