Rusiya Azərbaycanın 3 əsas ticarət tərəfdaşından biridir

Rusiya Azərbaycanın 3 əsas ticarət tərəfdaşından biridir

Hazırda oxunan: Rusiya Azərbaycanın 3 əsas ticarət tərəfdaşından biridir

605125

Bu gün Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü qeyd olunur.

Bizim.Media Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, iki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazasını 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası saziş formalaşdırır.
 

Bildirilib ki, münasibətlərin inkişafında mühüm mərhələlərdən biri 2022-ci il fevralın 22-də Moskvada Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması olub.


Səfirliyin açıqlamasına görə, bu sənəd əlaqələrin möhkəmlənməsinə və inkişafına töhfə verib.

Qeyd olunub ki, parlamentlər, hökumətlər, əsas dövlət qurumları, eləcə də Rusiya Federasiyasının subyektləri xətti ilə sıx təmaslar davam etdirilir.

Bəyanatda vurğulanıb ki, Moskva ilə Bakı arasında ticarət-iqtisadi əməkdaşlıq fəal şəkildə inkişaf edir və nəqliyyat, kənd təsərrüfatı, sənaye daxil olmaqla əsas sahələri əhatə edir.

“Rusiya sabit şəkildə Azərbaycanın aparıcı üç ticarət tərəfdaşı sırasında yer alır və eyni zamanda Azərbaycanın qeyri-neft-qaz məhsullarının ixracı üzrə birinci yeri tutur. Ümumi sərhədə malik olan ölkələrimiz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi istiqamətində də səylərini davam etdirirlər”, - deyə bəyanatda bildirilir. (Minval.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO