Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Hazırda oxunan: Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

604787

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Bizim.Media xəbər verir ki, “Azeri Light”ın CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 10,89 ABŞ dolları və ya 8,3 faiz artaraq bir barel üçün 141,68 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO