Azərbaycanda daha 14 dövlət əmlakı özəlləşdirildi

Azərbaycanda daha 14 dövlət əmlakı özəlləşdirildi

Hazırda oxunan: Azərbaycanda daha 14 dövlət əmlakı özəlləşdirildi

60433

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə növbəti belə hərrac fevralın 15-də keçirilib.

Xidmətdən Bizim.Media-ya bildirilib ki, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 12 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Nəqliyyat vasitələrindən birinə edilən təklif ilkin start qiymətindən 6 dəfə çox olub. Belə ki, ilkin satış qiyməti 2500 manat olan “Ural” markalı avtomobilə edilən ən son təklif 15 min 100 manatadək yüksəlib.

Bundan başqa, “Hyundai Sonata” markalı avtomobilin ilkin start qiyməti 7 min manat olsa da, nəqliyyat vasitəsi 10 min 600 manata özəlləşdirilib.
Özəlləşdirilən obyekt və kiçik dövlət müəssisəsi Beyləqan və Şəmkir rayonlarında yerləşir.

Fevralın 15-də özəlləşdirilmiş əmlaklar üzrə dövlət büdcəsinə 100 min 855 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (//bit.ly/30SU4lu).

Məlumat üçün bildiririk ki, növbəti hərrac fevralın 22-də keçiriləcək. Hərracda iştirakçılara 54 dövlət əmlakı təklif edilir. Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 17-si kiçik dövlət müəssisə və obyekti, 2-si yarımçıq tikili, 29-u isə nəqliyyat vasitəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO