ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

Hazırda oxunan: ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

604233

Azərbaycanda hər il bayram ərəfələrində, bayram öncəsi bazarlarda canlanma müşahidə olunur.

Artan tələbat fonunda bəzi ərzaq və gündəlik istehlak məhsullarının qiymətində yüksəliş baş verir.

Novruz bayramından öncə qeyd edilən çərşənbələrdən artıq bəzi məhsullar, xüsusilə, qoz-fındıq və bu qəbildən olan məhsulların qiyməti qalxır. Alıcılar bundan narahat olsalar da artıq illərdi tələb-təklifdən yaranan bu duruma alışıblar.

Lakin əsas sual bundan ibarətdir: bayram bitdikdən sonra qiymətlər yenidən enəcəkmi, yoxsa bu artım davamlı xarakter daşıyacaq?

Hansı məhsulların qiymətinin enməsi gözləniləndir?

Mövzuya münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirib ki, bayramdan əvvəl adətən bahalaşan məhsullar bayram keçəndən sonra tədricən ucuzlaşır.

Onun sözlərinə görə, buna səbəb tələbatın azalmasıdır:

“Satıcılar qalan malları satmağa çalışır. Xüsusilə quru meyvələr və çərəzlər bu kateqoriyaya daxildir. Fındıq ləpəsi kimi məhsullar bayram süfrəsində çox istifadə olunduğu üçün qiyməti əvvəlcədən qalxır, amma bayramdan sonra satış zəiflədiyinə görə ucuzlaşma ehtimalı yüksəkdir.

Eyni hal qoz, badam, kişmiş, xurma kimi məhsullarda da müşahidə olunur. Şirniyyat və şokolad məhsulları da bayramdan sonra tez-tez endirimə düşür. Meyvələrdən isə xüsusilə bahalı idxal məhsulları, məsələn portağal və banan kimi məhsulların qiymətində azalma ola bilər”.

İqtisadçı qeyd edib ki, ət və bəzi əsas ərzaq məhsullarında isə ucuzlaşma hər zaman baş vermir:

“Çünki onların qiyməti daha çox ümumi bazar və istehsal xərclərindən asılıdır. Amma yenə də bayramdan sonra qısa müddətli kampaniyalar və ya kiçik enişlər ola bilər. Yəni fındıq ləpəsi və bu kimi məhsulların qiyməti bayramdan sonra bir qədər düşə bilər, amma nə qədər ucuzlaşacağı bazardakı ümumi vəziyyətdən və satıcıların strategiyasından asılı olacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO