Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Hazırda oxunan: Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

602970

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 176,6 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 28 milyon ABŞ dolları və ya 18,9% çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,82%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.
 

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 158,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,1 milyon ABŞ dolları və ya təqribən 21,6% çoxdur. Bununla da hesabat dövründə Gürcüstan Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.


Dövr ərzində Azərbaycandan Gürcüstana ixrac əməliyyatlarının 77,2 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib. Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Gürcüstan 13,29% payla 3-cü yerdə qərarlaşıb. Gürcüstana qeyri-neft məhsullarının ixracı ötən ilin ilk iki ayındakı göstərici ilə müqayisədə 24,2 milyon ABŞ dolları və ya 45,8% artıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 18,3 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 58 min ABŞ dolları və ya 0,3% azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın, 2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.

Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO