Bu məhsullar BAHALAŞA BİLƏR

Bu məhsullar BAHALAŞA BİLƏR

Hazırda oxunan: Bu məhsullar BAHALAŞA BİLƏR

601366

Yaxın Şərqdəki münaqişə dünyada ərzaq qiymətlərinə də öz təsirini göstərməyə başlayıb. Belə ki, baş verən proses dünyada ərzağın bahalaşması ilə nəticələnib.

Mövcud durumda BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) humanitar yardımın daşınması və çatdırılması xərcləri 18 faiz artıb. Bu fonda ÜƏP hesab edir ki, yaranmış vəziyyət Yaxın Şərqdə və ondan kənarda milyonlarla insan üçün aclığa səbəb ola bilər.

Görəsən, ərzaq bahalaşması Azərbaycanda da özünü göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirir ki, Yaxın Şərqdə baş verən münaqişələr qlobal ərzaq bazarına bir neçə istiqamətdən təsir göstərir:

“İlk növbədə region dünya ticarət yollarının mühüm hissəsinin yerləşdiyi ərazi olduğu üçün hərbi və siyasi gərginlik logistika xərclərini artırır, daşımaların müddətini uzadır və sığorta xərclərini yüksəldir. Bu faktorlar isə nəticə etibarilə beynəlxalq bazarlarda ərzaq məhsullarının qiymətlərinə təzyiq yaradır. Digər tərəfdən, enerji qiymətlərində mümkün artım da kənd təsərrüfatı məhsullarının istehsal və daşınma xərclərini yüksəldərək ərzaq qiymətlərinin bahalaşmasına səbəb olur”.

Ekspert qeyd edir ki, qlobal bazarda qiymətlərin təxminən 20 faiz artması barədə məlumatlar müəyyən məhsul qrupları üzrə müşahidə olunan bahalaşmanı əks etdirə bilər.

Lakin bu artımın eyni səviyyədə bütün ölkələrdə və bütün məhsullar üzrə təkrarlanması mütləq deyil:

“Hər bir ölkədə daxili bazarın xüsusiyyətləri, yerli istehsalın payı, dövlətin tənzimləmə mexanizmləri və idxal mənbələrinin müxtəlifliyi qiymət dinamikasına fərqli təsir göstərir”.

Mərkəz sədri hesab edir ki, Azərbaycan bəzi əsas ərzaq məhsullarını idxal etdiyi üçün qlobal bazarlardakı dəyişikliklər müəyyən gecikmə ilə daxili bazara da ötürülə bilər:

“Bununla belə, yerli kənd təsərrüfatı istehsalının mövcudluğu, dövlət ehtiyatları, həmçinin idxalın müxtəlif ölkələrdən həyata keçirilməsi qiymət artımının təsirini müəyyən qədər yumşaldacaq”.

Bu mənada A. Nəsirli düşünür ki, qlobal bazarda 20 faizlik bahalaşmanın Azərbaycanda eyni miqyasda təkrarlanacağı gözlənilmir:
 

“Əgər beynəlxalq bazarlarda qiymət artımı uzunmüddətli xarakter alarsa, daxili bazarda bəzi məhsullar üzrə müəyyən artımlar müşahidə oluna bilər. Lakin bu artımın daha məhdud səviyyədə - əsasən ayrı-ayrı idxal məhsulları üzrə və mərhələli şəkildə baş verməsi daha real görünür.


Dövlətin qiymət sabitliyi, ərzaq təhlükəsizliyi və daxili istehsalın artırılması istiqamətində apardığı siyasət də bu təsirlərin müəyyən qədər balanslaşdırılmasına kömək edə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO