Ötən il neçə nəfər işlə TƏMİN OLUNUB?

Ötən il neçə nəfər işlə TƏMİN OLUNUB?

Hazırda oxunan: Ötən il neçə nəfər işlə TƏMİN OLUNUB?

601277

2025-ci il ərzində 189,4 min nəfər münasib işlə təmin edilib, 18,4 min nəfər peşə hazırlığı kurslarına, 16,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub, 10,8 min nəfərə isə işsizlikdən sığorta ödənişi təyin olunub.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda vurğulanıb ki, 2025-ci il ərzində ümumilikdə 18,4 min nəfər peşə hazırlığına cəlb olunub və peşə hazırlığını bitirənlərdən 61,4%-i işlə təmin olunub.

Peşə hazırlığına cəlb olunanlardan qadınların sayı 11,8 min nəfər, gənclərin sayı (14-29 yaş arası) 9,5 min nəfər, əlilliyi olan şəxslərin sayı 487 nəfər, keçmiş məcburi köçkünlərin sayı 1,4 min nəfər, cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərin sayı 52 nəfər, müharibə iştirakçılarının sayı 332 nəfər, şəhid ailəsi üzvlərinin sayı 4 nəfər təşkil edib. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO