Yaxın Şərqdəki savaş Avropa və Asiya iqtisadiyyatlarını necə ÇÖKDÜRÜR? – TƏHLİL

Yaxın Şərqdəki savaş Avropa və Asiya iqtisadiyyatlarını necə ÇÖKDÜRÜR? – TƏHLİL

Hazırda oxunan: Yaxın Şərqdəki savaş Avropa və Asiya iqtisadiyyatlarını necə ÇÖKDÜRÜR? – TƏHLİL

600520

İranla ABŞ-İsrail cütlüyü arasında artıq 9 gündür davam edən müharibə tədricən də olsa enerji idxalından asılı Avropa və Asiya iqtisadiyyatlarını çökdürür. Həmin qitələrdə yerləşən ölkələr neft və qazın qiymətinin kəskin bahalaşmasını artıq öz iqtisadiyyatlarında hiss etməyə başlayıblar.
 

Qərb KİV-lərinin yazdığına görə, münaqişə xüsusən də İtaliya, Belçika, Çin, Hindistan və Cənubi Koreyanın iqtisadiyyatına ciddi zərbə vurub. Hansı ki, bu ölkələrin enerji sektoru daha çox Hörmüz boğazından neft və qaz tədarükündən asılıdır. S&P 500 indeksi keçən həftə 2 faiz düşüb, Cənubi Koreyanın fond bazarı isə təxminən 20 faiz itirib. Hindistan milli valyutası dollara nisbətdə kəskin aşağı düşüb.


"Qatar Energy" mayeləşdirilmiş təbii qaz istehsalını dayandırdıqdan sonra onun qiyməti təxminən 50 faiz artıb. Avropada qazın qiyməti isə son 3 ildə ilk dəfə olaraq min kubmetr üçün 800 dolları keçib.

Dünya miqyasında iqtisadi böhran gözlənilə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, iqtisadi böhran haqqında danışmaq hələ kifayət qədər tezdir:

“İndiki məqamda dünya iqtisadi böhranından danışmaq hələlik məntiqli deyil. İmpulsiv olaraq neftin qiymətində müəyyən bahalaşma prosesi gedir. Eyni zamanda, Avropada bəzi hallarda qaz təchizatında da müəyyən problemlər yaşanır. Amma anbarlarda hələ ki, kifayət qədər ehtiyatlar da var”.

İqtisadçı hesab edir ki, mövcud vəziyyət davam edəcəyi təqdirdə, iqtisadi tənəzzül yalnız bir ay-ay yarımdan sonra öz təsirini götərə bilər:

“Lakin həmin vaxta qədər mövsümü olaraq qaza tələbat da azalır”.

Ekspert müharibənin uzun müddət davam edəcəyini, Hörmüz keçidinin bloklanacağını zənn etmir:

“Bu qədər riskli informasiyaların bazara daxil olmasına rəğmən hələ ki, bahalaşma elə də ciddi şəkildə özünü göstərmir. Daha çox reflektor impulsiv bahalaşma gedir. Dünya iqtisadiyyatında böhranın olacağından əminliklə danışmaq hələlik tezdir. Əlbəttə ki, müəyyən iqtisadi yüklənmələr və çətinliklər, hətta prosesin Çinə də bəzi təsirləri olacaq. Amma mövcud proses fonunda Rusiya ilə Çin arasında təchizat təkmilləşə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO