Kriptovalyuta bazarında son sutkada qiymətlərdə artım müşahidə edilib.
Bizim.Media CoinMarketCap platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması 6,14% artaraq 2,46 trilyon dollara yüksəlib.
Bazarda ən böyük paya malik olan “Bitcoin”in qiyməti son 24 saatda 7,39% artaraq 72 823 dollara çatıb.
İkinci ən böyük kriptovalyuta olan “Ethereum” son sutkada 9,03% bahalaşaraq 2 137 dollara yüksəlib.
Digər iri kriptovalyutalarda da müsbət dinamika müşahidə edilir. Belə ki, BNB-nin qiyməti 4,05% artaraq 655 dollara, Bitcoin Cash-in qiyməti 4,97% artaraq 463 dollara, Monero-nun qiyməti isə 6,03% artaraq 362 dollara yüksəlib.
Eyni zamanda qızıla indeksləşdirilmiş tokenlərdə azalma qeydə alınıb. Belə ki, “PAX Gold”un qiyməti 0,19% azalaraq 5 181 dollar, “Tether Gold”un qiyməti isə 0,19% azalaraq 5 136 dollar səviyyəsində qərarlaşıb.
Analitiklərin fikrincə, kriptovalyuta bazarında artımın əsas səbəbləri qlobal maliyyə bazarlarında risk aktivlərinə marağın yüksəlməsi, investorların inflyasiya risklərinə qarşı alternativ aktivlərə yönəlməsi və kripto bazarında likvidliyin artması ilə bağlıdır.
Bizim.Media

































































































