Bakıda qaz təchizatına qanunsuz müdaxilə aşkar edildi - VİDEO

Bakıda qaz təchizatına qanunsuz müdaxilə aşkar edildi - VİDEO

Hazırda oxunan: Bakıda qaz təchizatına qanunsuz müdaxilə aşkar edildi - VİDEO

0:00
0:00
59868

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qaz təchizatına qanunsuz müdaxilə aşkar edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilir ki, paytaxtın Nərimanov rayonunda yerləşən "Nəşvə" restoranının 5 753 manat debitor borcunun olması, restoran sahibi tərəfindən bu borcun ödənilməməsi səbəbindən restoranın qaz təchizatı dayandırılıb.

İki gün sonra Birlik əməkdaşları sözü gedən ünvana yenidən baxış keçirən zaman abonentin özbaşına şəkildə dəmir ötürücü quraşdırmaqla təbii qazdan qeyri-qanuni halda istifadə etdiyi məlum olub.

Birlik əməkdaşları restoranın mətbəxinə baxış keçirmək istəyən zaman onları bir qədər gözlədərək sonradan içəri buraxıblar.

Onlar qaz balonundan istifadə etdiklərini iddia ediblər. Lakin mətbəxə baxış keçirəndən sonra təkrar qoşulma yerinə baxdıqda dəmirötürücünün abonent tərəfindən açılaraq götürüldüyü aşkar edilib.

Daha ətraflı video materialdan izləyə bilərsiniz:

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO