Dövlət və özəl sektorda çalışanların NƏZƏRİNƏ – Əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR – VİDEO

Dövlət və özəl sektorda çalışanların NƏZƏRİNƏ – Əməkhaqqı ilə bağlı ŞAD XƏBƏRVİDEO

Hazırda oxunan: Dövlət və özəl sektorda çalışanların NƏZƏRİNƏ – Əməkhaqqı ilə bağlı ŞAD XƏBƏRVİDEO

597845

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əmək Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov “azərtac.az”a açıqlamasında sözügedən dəyişiklikləri şərh edib.

Millət vəkili qeyd edib ki, yeni dəyişikliklərə əsasən, Azərbaycanda minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq:

“Bu o deməkdir ki, il ərzində minimum əməkhaqqının ən azı bir dəfə artırılması həyata keçiriləcək. Minimum əməkhaqqının məbləğinin artırılması vahid tarif cədvəlinə uyğun olaraq maaş alan vətəndaşlarımızın vəzifə maaşlarının artmasına imkan verəcək. Bu, özəl sektorda da əməkhaqqının artması deməkdir. Çünki minimum əməkhaqqının artırılması həm dövlət, həm də özəl sektor üçün keçərlidir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO