Naxçıvan-İran sərnişin qatarının fəaliyyəti bərpa edilə bilər

Naxçıvan-İran sərnişin qatarının fəaliyyəti bərpa edilə bilər

Hazırda oxunan: Naxçıvan-İran sərnişin qatarının fəaliyyəti bərpa edilə bilər

5974

Naxçıvanla İran arasında sərnişin qatarının tezliklə yenidən fəaliyyətə başlaması ilə bağlı müzakirə aparılır.

Bizim.Media-nın məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Təbriz-Səhənd avtomagistral yolunun istismara verilməsi ilə əlaqədar tədbirdə deyib.

Eslaminin sözlərinə görə, İran və Naxçıvan arasında dəmiryol xətti böyük əhəmiyyət kəsb edir. Bildirib ki, Təbriz dəmiryolu xətti Avropa və Şimali Qafqazla əlaqə qurmaq üçün çox münasib yoldur.

O, son vaxtlar bununla əlaqədar İran, Azərbaycan və Rusiya arasında üçtərəfli anlaşmanın əldə olunduğunu da vurğulayıb.

Qeyd edək ki, Naxçıvan-İran sərnişin qatarları koronavirusla əlaqədar fəaliyyətini dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO