Elektrikli və hibrid avtomobillərin idxalı üzrə göstəricilər AÇIQLANDI

Elektrikli və hibrid avtomobillərin idxalı üzrə göstəricilər AÇIQLANDI

Hazırda oxunan: Elektrikli və hibrid avtomobillərin idxalı üzrə göstəricilər AÇIQLANDI

596599

Ötən ay Azərbaycana ümumilikdə 176 milyon 541 min ABŞ dolları dəyərində 7 591 ədəd avtomobil idxal olunub.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
 

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27% çox və 0,94% azdır.


Ay ərzində Azərbaycana 15 milyon 611 min ABŞ dolları dəyərində 712 hibrid avtomobil idxal edilib. Bu isə illik müvafiq olaraq 45,3% azalma və 52,4% artım deməkdir.

Yanvarda ölkəyə gətirilən plug-in hibrid avtomobillərinin dəyəri 73,7% artaraq 76 milyon 113 min ABŞ dolları, sayı isə 79% artaraq 3 872 ədəd təşkil edib.

Hesabat dövründə, Azərbaycana 3 milyon 268 min ABŞ dolları dəyərində 108 tam elektrikli avtomobil idxal edilib. Bu da illik müvafiq olaraq 2 dəfə və 22,3% azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO