Azərbaycanda yeni nəsil rəqəmsal imza təqdim edildi – SİMA-nın üstünlükləri 

Azərbaycanda yeni nəsil rəqəmsal imza təqdim edildi – SİMA-nın üstünlükləri 

Hazırda oxunan: Azərbaycanda yeni nəsil rəqəmsal imza təqdim edildi – SİMA-nın üstünlükləri 

59630

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində “SVORT” və “Sinam” şirkətləri ilə birgə SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza hazırlayıb.  

Bizim.Media xəbər verir ki, bununla əlaqədar olaraq fevralın 11-də rəsmi şəxslərin, tərəfdaş şirkətlərin, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yeni imzanın ilkin versiyasının təqdimat tədbiri keçirilib.  

Bulud əsaslı yeni nəsil rəqəmsal imzanın üstünlükləri, eləcə də imzanın yaradılması zamanı istifadə olunan texnologiyalar haqqında geniş məlumat verilib.

SİMA-nın biznes həlləri, o cümlədən brend daşıyıcıları iştirakçılara təqdim olunub. 

Yeni imza vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.  
Yaxın zamanda vətəndaşların istifadəsinə veriləcək SİMA hər kəs üçün əlçatan olacaq. Mobil tətbiq vasitəsilə işləyən SİMA-nı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Layihə rəqəmsal transformasiyanın bütün qollarını – dövlət, əhali və biznes istiqamətlərini əhatə edir. 

Üztanıma, “açıq açar” və bulud texnologiyalarını özündə birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir.

Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir. 
Qeyd olunub ki, SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var.

Bunlara maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO