İranla Azərbaycan arasında iki sərhəd keçid məntəqəsi açılacaq - RƏSMİ 

İranla Azərbaycan arasında iki sərhəd keçid məntəqəsi açılacaq - RƏSMİ 

Hazırda oxunan: İranla Azərbaycan arasında iki sərhəd keçid məntəqəsi açılacaq - RƏSMİ 

59485

"Azad olmuş ərazilərdə əməkdaşlığa hazırıq. Gözləyirik ki, İran şirkətlərinin azad olmuş ərazilərdə iştirakı üçün onlarla  müqavilələr bağlansın".

Bizim.Media xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkənin diplomatik əlaqələrinin 30-cu ildönümünə ilə bağlı mətbuat konfransında deyib.  

Səfirin sözlərinə görə bu məsələ Azərbaycan prezidentinin iranlı rəsmilərlə görüşündə müzakirə olunub:
 

MÖVZU İLƏ BAĞLI:

İranlı səfirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA  


"Çox şadıq ki, bu torpaqlar azad olunub. Həmin ərazilərdə Azərbaycanla 132 km sərhədimiz var. Gözləyirik ki, təcrübəli İran şirkətləri bu torpaqlarda yenidənqurma işlərində iştirak etsinlər”.

Diplomat əlavə edib ki, İranla Azərbaycan arasında iki sərhəd keçid məntəqəsinin açılması gözlənilir: “Bunlardan biri Xudafərin, digəri isə Parsabaddadır". 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO