Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 65,9 milyon ABŞ dolları dəyərində 93 min 881 ton alma göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Aparılan hesablamalara əsasən, bu, 2024-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 11 % çoxdur.
Hesabat dövründə Rusiyaya 52,8 milyonABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çox) 77 min 165 ton (+6 %), Türkiyəyə 4,1 milyon ABŞ dolları dəyərində 4 min 122 ton (1 il bundan əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 2,9 milyon ABŞ dolları dəyərində (+21 %) 3 min 335 ton (-9 %), Qazaxıstana 1,8 milyon ABŞ dolları dəyərində (+14 %) 4 min365 ton (+14%), Özbəkistana 1,7 milyon ABŞ dolları dəyərində (-6 %) 1 min 487 ton (-25 %) məhsul satıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprə (14,2 minABŞ dolları dəyərində 19,3 ton) tədarük həyata keçirilib.
Bizim.Media

































































































