“Azərbaycanda yeni müəssisə quracağıq” - Səlcuq Bayraqdar ölkəmizlə bağlı yeni hədəflərini açıqladı

“Azərbaycanda yeni müəssisə quracağıq” - Səlcuq Bayraqdar ölkəmizlə bağlı yeni hədəflərini açıqladı

Hazırda oxunan: “Azərbaycanda yeni müəssisə quracağıq” - Səlcuq Bayraqdar ölkəmizlə bağlı yeni hədəflərini açıqladı

59200

“Azərbaycanda “Bayraktar TB2” dronlarının və pilotsuz uçuş aparatlarının istismarından, onlara texniki xidmətdən başqa bu qurğuların istehsalı üçün lazım olacaq yüksək texnologiyanı inkişaf etdimək, süni intellektin tətbiqini genişləndirmək məqsədi ilə müəssisə qurmağı hədəfləyirik”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.

S.Bayraktar bu işdə Azərbaycanda iki dövlət qurumu ilə əməkdaşlıq etdiklərini də açıqlayıb:

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “ASAN Xidmət”in birgə qurduğu texnoparkda fəaliyyət göstərmək hədəfimiz var.
İnşallah ən tez bir zamanda o da həyata keçəcək. Bununla yanaşı texnologiya ilə bağlı təşəbbüslərə mentorluq və dəstək verəcək qurumlar da yaratmağı hədəf kimi qoymuşuq. Türkiyə Texnologiya Fondu olaraq “ASAN Xidmət”lə birlikdə Azərbaycanın ilk DNT Mərkəzini də açacağıq. Onun yaxınlığında isə Elm Mərkəzini də birlikdə açmağı hədəfləyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO