Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

591887

İran və Yaxın Şərqdəki nisbi sabitlik fonunda dünya birjalarından neftin qiyməti qalxıb. Təbii ki, bu proseslər fonunda Azərbaycan nefti də bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,51 dollar və ya 0,74 faiz artaraq 69,39 dollar olub.
 

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp hazırkı bahalaşmaya qarşıdır. Belə ki, ABŞ dünya bazarlarında neftin qiymətinin bir barel üçün 53 dollara qədər aşağı düşməsini istəyir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Detroytda jurnalistlərlə söhbətində bildirib.

"Bəli, bunu görmək istərdim. Hazırda bir barel üçün 58 dollar səviyyəsindəyik. Bir barel üçün 53 dollar görmək istərdim", - deyə Amerika lideri qeyd edib.

Bəs ABŞ liderinin bu lideri nə qədər real görünür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu il üçün neftin qiymətini proqnozlaşdırmaq o qədər də çətin deyil:

“Çünki hədəf olaraq Tramp hakimiyyəti bu ilin noyabrında keçiriləcək aralıq seçkilərinə qədər neftin qiymətinin ucuzlaşdırılmasına çalışır. Əgər bu baş verərsə, Amerikada benzin ucuzlaşar və bu da Respublikaçıların ara seçkilərində qalib gəlmək şansını artırar. Ona görə də 2026-cı ildə dünya birjalarında neftin bir barrelinin qiymətinin 60 dollardan aşağı düşməsini proqnozlaşdırmaq olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO