Qızılın qiymətinin kəskin artması Rusiyanın qızıl ehtiyatlarının dəyərini 216 milyard dollar artırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məqalədə qeyd olunur ki, qızılın bahalaşması nəticəsində əldə olunan bu gəlir Qərb ölkələrində dondurulmuş Rusiya aktivlərindən yaranan itkiləri demək olar ki, tam şəkildə kompensasiya edə bilər.
Xatırladılır ki, Avropa İttifaqı və G7 ölkələri Rusiyaya məxsus təxminən 300 milyard avro dəyərində aktivləri dondurub.
“Bloomberg”in məlumatına görə, qızıl son dörd ildə rekord qiymət həddinə çatıb. Buna əsas səbəblər sırasında mərkəzi bankların yüksək tələbi, davam edən inflyasiya riskləri və artan geosiyasi gərginliklər göstərilir.
Nəticədə, 2025-ci ildə qızılın qiyməti təxminən 65 faiz artaraq 1979-cu ildən bəri ən yüksək illik artım göstəricisini qeydə alıb.
Bizim.Media

































































































