110 il əvvəl Rusiyaya göndərdikləri qızılları tələb edirlər

110 il əvvəl Rusiyaya göndərdikləri qızılları tələb edirlər

Hazırda oxunan: 110 il əvvəl Rusiyaya göndərdikləri qızılları tələb edirlər

591046

Rumıniya Birinci Dünya müharibəsi zamanı təhlükəsizlik məqsədilə Rusiyaya göndərdiyi 91,5 ton qızıl ehtiyatının və digər qiymətli əşyaların geri qaytarılmasını tələb edir.

Bizim.Media xəbər verir ki, 1916-1917-ci illərdə Rumıniya Milli Bankına məxsus qızıl, zərgərlik və mədəni dəyərə malik əşyalar Moskvaya daşınıb.

Müharibədən sonra qızılın geri alınması üçün cəhdlər göstərilsə də, məsələ bugünədək həll olunmayıb.
 

Rumıniya Xarici İşlər Nazirliyi bildirib ki, qızıl ehtiyatlarının yalnız bir hissəsi geri qaytarılıb və bu məsələ ölkə üçün həm maddi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır.


Xatırladılıb ki, Avropa parlamenti 4 mart 2024-cü il tarixli qətnaməsində Rusiyanı Rumıniyaya məxsus qızıl və digər qiymətli əşyaları geri qaytarmağa çağırıb. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO