İrandan idxal edilən məhsullar BAHALAŞACAQ?

İrandan idxal edilən məhsullar BAHALAŞACAQ?

Hazırda oxunan: İrandan idxal edilən məhsullar BAHALAŞACAQ?

590740

İranda baş verən iğtişaşlar təbii ki, ölkənin iqtisadiyyatını da iflic edib. Təsadüfi deyil ki, İranın milli valyutası rekord səvəyyədə dəyərini itirib, adi kağız parçasına çevrilib. İnfilyasiya 3 rəqəmlə ifadə olunur.

Üstəlik, ABŞ İranla əməkdaşlıq edən bütün ölkələrə 25% tarif tətbiq edib.

Təbii ki, qonşu ölkə olaraq İranla müəyyən ticari əlaqələrimiz var. Ona görə də İranda baş verən iqtisadi proseslərin ölkəmizə də müəyyən təsirləri ola bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il təxminən 450-500 milyon dollar civarında olub:
 

“Bu dövriyyədə əsas pay idxala aiddir. Azərbaycanın İrana ixracı böyük deyil və təqribən 50 milyon dollar səviyyəsindədir. İrandan idxal olunan məhsullar əsasən kənd təsərrüfatı və ərzaq məhsulları, məişət kimyası vasitələri, eləcə də tikinti materiallarıdır.


Hazırki etirazlar hələlik bazardan İran məhsullarının çəkilməsinə səbəb olmayıb, ticarət əlaqələri davam edir. Lakin proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi mühüm əhəmiyyət daşıyır”.

Müsahibimiz ABŞ-ın tətbiq etdiyi 25%-lik tarif məsələsinə də toxunub:

“İranla əməkdaşlıq edən ölkələrə tətbiq ediləcək 25% rüsum Azərbaycan bazarına da təsir göstərə bilər. Belə olacağı təqdirdə Azərbaycan bazarı alternativ mənbələrə yönəlməli olacaq.
 

Hələlik bazarda bununla bağlı ciddi ajiotaj yoxdur. İş adamları adətən 1-2 aylıq ehtiyatla işləyirlər. Lakin hadisələrin inkişafı Azərbaycana təsirsiz ötüşməyəcək. İrandan gələn ucuz məhsulların həcminin azalması və bahalaşması gözləniləndir. 


Belə bir vəziyyətdə bazarda dominantlıq İran məhsullarının əvəzinə digər ölkələrdən gətirilən daha baha analoji məhsullara keçə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO