Rusiyada neft hasilatı ən aşağı səviyyəyə endi

Rusiyada neft hasilatı ən aşağı səviyyəyə endi

Hazırda oxunan: Rusiyada neft hasilatı ən aşağı səviyyəyə endi

590335

2025-ci ilin dekabr ayının nəticələrinə əsasən, Rusiyada neft hasilatı gündə 100 min bareldən çox azalaraq 9,326 milyon barelə enib.

Bizim.Media xəbər verir ki, “Bloomberg” agentliyi bu bu informasiyanı Rusiya hökumətindəki mənbələrinə istinadla yayıb. 

Məlumata görə, bu nəticə son 18 ayın ən aşağı göstəricisidir və Rusiyanın OPEC+ kvotaları çərçivəsində gündəlik neft hasilatından 250 min barel azdır.

Agentlik qeyd edir ki, azalma Rusiyanın neft anbarlarına və neft emalı infrastrukturuna davamlı dron hücumları və neft ixracı satışlarında yaranan problemlər fonunda baş verir. ABŞ-ın xam neft ixracatçılarına qarşı sanksiyalarından sonra bəzi alıcılar Rusiyadan neft almaqdan imtina edirlər.
 

Qeyd edək ki, “Goldman Sachs” investisiya bankının son proqnozuna görə, 2026-cı ilin sonunadək Brent markalı xam neftin qiyməti 54 dollara, WTI markalı xam neftin qiyməti isə 50 dollaradək ucuzlaşacaq. 


Analitiklər hesab edirlər ki, Rusiya, Venesuela və ya İrandakı geosiyasi risklər ucuzlaşmanın qarşısını ala bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO