Bakıda torpaq sahələri bahalaşdı - VİDEO

Bakıda torpaq sahələri bahalaşdı - VİDEO

Hazırda oxunan: Bakıda torpaq sahələri bahalaşdı - VİDEO

590208

Son dövrlər paytaxt Bakıda torpaq sahələrinin qiymətində kəskin artım müşahidə olunur.

İTV-nin hazırladığı süjetdə bildirilib ki, bahalaşma, xüsusilə, mərkəzə yaxın ərazilərdə və infrastrukturu inkişaf etmiş zonalarda daha çox nəzərə çarpır.
 

Mütəxəssislərin sözlərinə görə, torpaq qiymətlərinin yüksəlməsinə əhalinin artması, tikinti sektorunda canlanma, yeni yol və kommunikasiya layihələri, eləcə də investisiya marağının güclənməsi səbəb olub.


Qeyd edilir ki, bəzi ərazilərdə torpaq sahələrinin qiyməti son illərlə müqayisədə bir neçə dəfə artıb.

Bizim.Media xəbər verir ki, ekspertlər yaxın dövrdə qiymətlərin sabitləşməsinin çətin olacağını, artımın müəyyən ərazilərdə davam edəcəyini istisna etmirlər.

Bahalaşma ən çox Səbail və Yasamal rayonlarında qeydə alınıb. Ən zəif yüksəlmə isə Qaradağ və Pirallahı rayonlarının payına düşüb.
 

Sakinlərdən bir çoxu qeyd edir ki, torpaq alışında bahalaşmanı süni şəkildə yaradırlar. Maklerlər isə bildirirlər ki, ən çox qiymət artımı çıxarışı olan əraziləri əhatə edir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə bahalaşma nisbətən zəifdir.


Həmçinin Xəzər dənizinə yaxın ərazilərdəki torpaqların qiyməti də mərkəzdəkilərlə eynilik təşkil edir. Bunun da əsas səbəbi onların bağ evi təyinatlı olmasıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO