İpotekaya yararlı mənzillər bahalaşdı – VİDEO

İpotekaya yararlı mənzillər bahalaşdı – VİDEO

Hazırda oxunan: İpotekaya yararlı mənzillər bahalaşdı – VİDEO

590001

İpoteka predmeti olan daşınmaz əmlakın qiymətində ciddi artım müşahidə olunur.

Bizim.Media xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə hazırkı bazarda 200 min manat dəyərində daşınmaz əmlakın qiymətində son altı ayda beş-yeddi min manat arası artım müşahidə olunur. Qiymətlər isə mənzilin sahəsinə və yerləşdiyi yerin bazar dəyərinə uyğun olaraq hesablanır.
 

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bazarda müşahidə olunan qiymət artımına paralel olaraq əgər daşınmaz əmlak ipoteka şərtlərinə uyğundursa, qiyməti bir az da artır ki, buna da səbəb mənzilin təklif edilən qiymətə daha tez satılmasıdır.


Elnur Azadovun sözlərinə görə, bir və iki otaqlı mənzillərdə qiymət artımı daha çoxdur.

Ekspert bildirib ki, şəhər daxilində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq bazarda tələbin təklifi üstələməsi də qiymət artımına səbəb olan amillərdən biridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO