Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərin HƏCMİ AÇIQLANDI

Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərin HƏCMİ AÇIQLANDI

Hazırda oxunan: Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərin HƏCMİ AÇIQLANDI

589810

“Ötən il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 6580 ton taxıl, 1210 ton Azərbaycan benzini gətirilib”.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

O, idxal edilən taxılın 1000 tonunun Qazaxıstan, 5580 tonunun isə Rusiyaya məxsus olduğunu açıqlayıb.

“8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 8485 ton Rusiya taxılı gətirilib, daha 4103 ton taxıl isə yoldadır. Bundan başqa, 7600 ton Azərbaycan neft məhsulları yoldadır ki, bunlardan 6100 tonu benzin və 1500 tonu dizel yanacağıdır”, - Papoyan əlavə edib.
 

Erməni nazirin sözlərinə görə, ölkədə benzin və dizel yanacağı qiymətlərinin ötən ayla müqayisədə hər litr üçün 80 dram (0,36 AZN) azalması gözlənilir.


Qeyd edək ki, sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO