Azərbaycanda kərə yağı BAHALAŞACAQ - Tarix açıqlandı

Azərbaycanda kərə yağı BAHALAŞACAQ - Tarix açıqlandı

Hazırda oxunan: Azərbaycanda kərə yağı BAHALAŞACAQ - Tarix açıqlandı

589585

Yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb.

Bizim.Media xəbər verir ki, hər ay 80 qəpik-1 manat artan qiymətlər rüsum artımı ilə daha sürətlə qalxa bilər. Məsələn, hazırda 1 kiloqramı 25 AZN olan kərə yağı bu ildən 29-30 AZN-ə satıla bilər.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli big.az-a bildirib ki, idxal rüsumu artırıldıqda qiymətə təsir qaçılmazdır:

"Heç bir biznesmen rüsumu və vergini öz cibindən ödəməz. Qiymətlər onsuz da yüksəkdir, bundan sonra ən azı 8-10% bahalaşma gözlənilir. Köhnə ehtiyatlar tükəndikdən sonra, martdan etibarən bazarda daha ciddi artım müşahidə olunacaq".

Qeyd olunur ki, 2017-ci ildə tətbiq edilən 15% idxal rüsumu 5%-ə endirilmişdi, bu güzəşt bu il uzadılmayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO