Azərbaycanda keçiriləcək

Azərbaycanda keçiriləcək "TEKNOFEST"in detalları AÇIQLANDI – 10 müsabiqə keçiriləcək - FOTO

Hazırda oxunan: Azərbaycanda keçiriləcək "TEKNOFEST"in detalları AÇIQLANDI – 10 müsabiqə keçiriləcək - FOTO

58950

Mayın 26-29-da Azərbaycanda ilk dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə keçiriləcək “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı azərbaycanlı və türk pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, “TAKE OFF” Azərbaycan startap sammiti, konsert proqramı və digər sürprizlərlə yadda qalacaq. 

Bizim.Media xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında nazir Rəşad Nəbiyev bildirib. 

Tədbirdə “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Selçuk Bayraktar da iştirak edib.  

O, bildirib ki, “TEKNOFEST” Türkiyədə Sənaye və Texnologiya Nazirliyinin, T3 Vakfının birgə təşkilatçılığı, 60-dan çox dövlət qurumu, ali məktəb və özəl şirkətin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.  

Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. 

R.Nəbiyev deyib ki, Azərbaycanın ev sahibliyi edəcəyi tədbir “Bakı Kristal Zalı” MMC və Dənizkənarı Milli Parkın ərazisində baş tutacaq.

Festival çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək. 

Xatırladaq ki, ötən il İstanbulda keçirilmiş “TEKNOFEST 2021”də Azərbaycan Pavilyonunda 11 startapımız nümayiş etdirilib.
Startaplar kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO