Manatın məzənnəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Manatın məzənnəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Manatın məzənnəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

589095

İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4.8 faiz, 2027-2029-cu illərdə isə illik orta hesabla 4.3 faiz səviyyəsində proqnozlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatlarında yer alıb.
 

Bildirilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi manatın ABŞ dollarına qarşı məzənnəsinin 1.7 manat səviyyəsində qalması dəstəklənəcək.


Əlavə olunub ki, iqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi bu il 3.4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3.7 faiz proqnozlaşdırılır.

"Gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3.5 faiz, 2027-2029-cu illərdə isə orta illik 3.6 faiz səviyyəsində proqnozlaşdırılır", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO