Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin DƏYƏRİ

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin DƏYƏRİ

Hazırda oxunan: Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin DƏYƏRİ

589058

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 18,716 milyard ABŞ dolları təşkil edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 951,2 milyon ABŞ dolları və ya 5,3% çoxdur.
 

Məlumata əsasən, 2024-cü ilin ilk 11 ayındakı göstəricilərlə müqayisədə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 6,1% artaraq 16,2 milyard ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 1% artaraq 2,537 milyard ABŞ dolları təşkil edib.


Ötən ilin 11 ayı ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 69,14%, idxalda payı isə 11,97% təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, İsveçrə və Çexiya ilə formalaşıb.

Bu müddətdə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 11,243 milyard ABŞ dolları (+9%), Almaniya ilə 1,298 milyard ABŞ dolları (-9%), İsveçrə ilə 890,3 milyon ABŞ dolları (2,1 dəfə çox), Çexiya ilə isə 807,6 milyon ABŞ dolları (-22,4%) təşkil edib.
 

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur.


Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO