Saqqız idxalı AZALIB: Ən bahalı məhsul ABŞ-dən gəlib

Saqqız idxalı AZALIB: Ən bahalı məhsul ABŞ-dən gəlib

Hazırda oxunan: Saqqız idxalı AZALIB: Ən bahalı məhsul ABŞ-dən gəlib

588505

2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 456.58 ton saqqız (şəkərli və ya şəkərsiz) idxal edilib. İdxalın ümumi dəyəri 2 milyon 257.95 min ABŞ dolları təşkil edib.
 

Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 55.08 ton azalıb, dəyəri isə təxminən 101.7 min dollar artıb.


Bizim.Media rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 511.66 ton saqqız idxal olunmuş, idxalın dəyəri isə 2 milyon 156.22 min ABŞ dolları olmuşdu.

2025-ci ilin ilk 10 ayında saqqız əsasən aşağıdakı ölkələrdən idxal olunub:

- Türkiyə - 307.73 ton (1 milyon 364.27 min dollar);

- Rusiya - 52.47 ton (473.63 min dollar);

- Türkmənistan - 35.62 ton (187.63 min dollar);

- İran - 25.75 ton (51.5 min dollar);

- Pakistan - 15.19 ton (46.84 min dollar);

- Çin - 11.62 ton (45.28 min dollar);

- İtaliya - 4.16 ton (48.98 min dollar);

- ABŞ - 0.02 ton (0.87 min dollar).
 

Rəqəmlərdən görünür ki, 2025-ci ildə ən bahalı məhsul ABŞ-dən alınıb: 20 kiloqram saqqıza 870 dollar ödənilib ki, bir tonunun qiyməti 43.5 min dollar edir. 2024-cü ilin eyni dövründə də əsas idxalçı ölkə Türkiyə olub.


Həmin dövrdə Türkiyədən 350.01 ton saqqız idxal edilib. Onu Rusiya (61.6 ton) və Türkmənistan (26.19 ton) izləyib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO