Ukraynadan Azərbaycana qazla bağlı TƏKLİF

Ukraynadan Azərbaycana qazla bağlı TƏKLİF

Hazırda oxunan: Ukraynadan Azərbaycana qazla bağlı TƏKLİF

0:00
0:00
58843

Ukraynada yeraltı qaz anbarlarının istifadəsi Azərbaycandan Aİ-yə qaz tədarükünün artırılmasına kömək edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın energetika nazirinin Avropaya inteqrasiya üzrə müavini Yaroslav Demçenko Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin səkkizinci iclası zamanı bildirib.

Rəsminin sözlərinə görə, regionun enerji təhlükəsizliyinin gücləndirilməsi məsələsi Ukrayna üçün xüsusilə təbii qazın nəqli marşrutlarının şaxələndirilməsi ilə xüsusi əhəmiyyət kəsb edir:

“Cənub Qaz Dəhlizi Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm irəliləyişdir. Trans-Balkan boru kəmərinə əsaslanan dəyişikliklər və Ukraynada nəhəng yeraltı qaz anbarlarının istifadəsi Azərbaycandan Aİ-yə qaz tədarükünü artırmağa və regiona təbii qaz tədarükünün etibarlılığını daha da gücləndirməyə kömək edə bilər. Cənub Qaz Dəhlizinin tikintisinin başa çatdırılması kimi, bu vəzifə də birgə səylər tələb edəcəkdir. Biz azərbaycanlı tərəfdaşlarımızın bu təşəbbüsü dəstəkləməyə hazır olmasını səmimiyyətlə alqışlayırıq”, - deyə RİA Novosti Demçenkonun sözlərindən sitat gətirib. 

Demçenko vurğulayıb ki, Azərbaycan Respublikası enerji sektorunda, xüsusilə neft-qaz kompleksinin inkişafında Ukraynanın strateji tərəfdaşıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO