8 ildən sonra İLK – Dollar kəskin UCUZLAŞDI

8 ildən sonra İLK – Dollar kəskin UCUZLAŞDI

Hazırda oxunan: 8 ildən sonra İLK – Dollar kəskin UCUZLAŞDI

588337

ABŞ dolları 2017-ci ildən bəri ən kəskin ucuzlaşmanı nümayiş etdirir. Uoll-Strit analitikləri Amerika valyutasının gələn il də zəifləyəcəyini proqnozlaşdırırlar.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
 

2025-ci ildə dollar əsas valyutalar səbətinə nisbətən 9,5% dəyər itirib. Buna ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinin dünyanın ən böyük iqtisadiyyatının perspektivləri ilə bağlı narahatlıqları artırması və dolların investorlar üçün “təhlükəsiz aktiv” statusunu sual altına qoyması səbəb olub.


Zəifləyən dollar fonunda əsas valyutalar arasında ən böyük artımı avro göstərib: avro təxminən 14% bahalaşaraq 1,17 dolları keçib. Bu səviyyə sonuncu dəfə 2021-ci ildə qeydə alınmışdı.

Dolların ucuzlaşmasına Trampın aprel ayında ABŞ-ın ticarət tərəfdaşlarına qarşı tariflər tətbiq etməsi də təsir göstərib. Həmin vaxt dollar əsas valyutalara nisbətən 15% dəyər itirib.

ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabrda faiz dərəcələrinin endirməsi isə dollar üzərində təzyiqi daha da artırıb.

Mütəxəssislərin fikrincə, FES-in faiz endirimlərini davam etdirməsi 2026-cı ildə də dolların məzənnəsinin aşağı düşməsinə səbəb ola bilər. Uoll-Strit bankları avronun 2026-cı ilin sonuna qədər 1,20 dollara qədər möhkəmlənəcəyini, funt-sterlinqin isə hazırkı 1,33 dollar səviyyəsindən 1,36 dollara yüksələcəyini proqnozlaşdırırlar.
 

Analitiklər bildirirlər ki, 2026-cı ildə dolların məzənnəsi Trampın FES sədrliyinə irəli sürdüyü namizəddən asılı olacaq. Əgər Mərkəzi Bankın rəhbəri Ağ Evin daha çox faiz endirimləri tələblərinə meylli olarsa, dolların daha da zəifləməsi ehtimalı artacaq.


Bununla belə, dolların ucuzlaşmasına baxmayaraq, mütəxəssislər ABŞ iqtisadiyyatının perspektivlərinə nikbin yanaşırlar. Onların fikrincə, süni intellekt sahəsində investisiya bumunun davam etməsi gələn il ABŞ iqtisadiyyatında Avropa ilə müqayisədə daha sürətli artımı təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO