Gümüşün qiymətində yeni REKORD

Gümüşün qiymətində yeni REKORD

Hazırda oxunan: Gümüşün qiymətində yeni REKORD

587909

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti bir trua üçün 82 dolları ötərək, tarixi maksimumu yeniləyib.

Bizim.Media xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiqləyir.
 

Xəbərə görə, gümüşün qiyməti Bakı vaxtı ilə saat 03:00-da 6.16% artaraq, bir trua unsiyasına görə 81.95 dollar təşkil edib. Saat 03:25-ə qədər isə qiymət bir trua unsiyası üçün 82.44 dollara (+6.79%) yüksəlib.


Eyni zamanda, 2026-cı ilin fevral ayında "Comex" birjasında çatdırılma üçün qızıl füçersləri trua unsiyası üçün 4568 dollar (+0.34%) səviyyəsində olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO