Enerji sahəsində Bakının 2 ƏSAS HƏDƏFİ -

Enerji sahəsində Bakının 2 ƏSAS HƏDƏFİ - "Avropa Azərbaycanı etibarlı tərəfdaş kimi görür"

Hazırda oxunan: Enerji sahəsində Bakının 2 ƏSAS HƏDƏFİ - "Avropa Azərbaycanı etibarlı tərəfdaş kimi görür"

58781

"Cənub Qaz  Dəhlizini cazibədar edən çoxsaylı səbəblərdən biri unikal alternativ enerji kəməri kimi təhlükəsiz və sabit olması, hər cür siyasi spekuliyasiyalardan uzaq tutulmasıdır. Bu isə mənbə və ixracatçı öklə olan Azərbaycanın həyata keçirdiyi strateji enerji siyasəti ilə bağlıdır", - fikirləri ilə şərhinə başlayan millət vəkili Hikmət Babaoğlu əlavə edib ki, Avropada hər gün daha da bahalaşan və bəzən qlobal siyasi gündəmin də mövzusuna  çevirilən qaza tələbatın artması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

"Yəni Avropa Azərbaycanı özünün enerji təhlükəsiziliyini təmin edən etibarlı tərəfdaş və strateji portnyor kimi görür".

Bizim.Media-ya şərhində deputat Hikmət Babaoğlu bildirib ki, istər 44 günlük müharibə, istərsə də postmüharibə dövründə yeni reallıqların qəbul edilməsi prosesinin gərgin vaxtlarında belə Azərbaycan enerji kommunikasiyalarının təhlükəsiziliyini yüksək səviyyədə təmin etməyi bacardığını nümayiş etdirib.
 

MÖVZU İLƏ BAĞLI:

“3+3” platformasını daha cəlbedici edən AMİLLƏR – Hikmət Babaoğludan İran AÇIQLAMASI


Bütün bunlar nəticə etibarilə Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyinin etiraf olunmasına  və bu münasibətlərin daha da gücləndirilməsinin üçün iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrılmasına gətirib çıxarıb:

"Ona görə də Avropa İttifaqı ilə qarşılıqlı etimada söykənən münasibətlərə toxunan prezident İlham Əliyev qeyd etdi ki, enerji siyasətimizin arxasında heç bir siyasi gündəm olmayıb, bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb.

Hazırda isə Azərbaycanda daxili enerji tələbatını ödəmək üçün çox mühüm yaşıl enerji layihələri həyata keçirilməyə başlanılır ki, bu da nəticə etibarilə Aİ ölkələrinə daha çox qaz ixracını mümkün edəcək.

Beləliklə, ölkəmiz iki strateji hədəfə, həm yaşıl və bərpa olunan enerji mənbələri ilə öz enerji təlabatını ödəməyə, həm də hazırkı qaz ehtiyatlarından maksimun səmərəli istifadə etmək hədəflərinə nail olmağa çalışır", - deyə millət vəkili şərhini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO