Azərbaycanda asbest QADAĞAN olunur - Tikinti bazarına necə TƏSİR edəcək?

Azərbaycanda asbest QADAĞAN olunur - Tikinti bazarına necə TƏSİR edəcək?

Hazırda oxunan: Azərbaycanda asbest QADAĞAN olunur - Tikinti bazarına necə TƏSİR edəcək?

587420

Asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək.

Bu “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun qəbul ediləcəyi halda 1 iyul 2027-ci ildən qüvvəyə minəcək.

Maraqlıdır ki, bu, tikinti məhsullarının qiymətində artıma səbəb olacaqmı?

Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, Avropa ölkələrinin bir çoxu asbestin satışını və bir çox materialın hazırlanmasında istifadəsini qadağan edib:

“Bizim ölkədə də ləğv edilməsi ilə bağlı tədbirlər planının aparılması mühüm addımdır.  

Laboratoriyalar tərəfindən təsdiq olunub ki, asbest onkoloji xəstəliklərə səbəb olur. Ümumiyyətlə, bu təhlükəli maddədir. Asbesti 10 ildən çoxdur əvəzedənlər var ki, onlar daha müasirdir. Bu səbəbdən tikinti bazarında onun əvəzedicilərində qiymət artımı gözlənilmir”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO