Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 39,8 milyon ABŞ dolları dəyərində 9 min 708 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
Bizim.Media xəbər verir ki, "Report.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % çox, kəmiyyət olaraq – 0,3 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynadan 23,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % az) 5 min 125 ton (-10 %), Braziliyadan 7,7 milyon ABŞ dolları dəyərində (+27 %) 2 min 482 ton (+22 %), Belarusdan 4,7 milyon ABŞ dolları dəyərində (+18 %) 1 min 52 ton (+3 %), Hindistandan 3 milyon ABŞ dolları dəyərində (+43 %) 920 ton (+33 %), Rusiyadan 521 min ABŞ dolları dəyərində (-43 %) 78,1 ton (-48 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanadadan tədarük (0,6 min ABŞ dolları dəyərində 0,03 ton) həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 12 min ton mal ətinin 59 %-i Ukraynanın payına düşüb.
Bizim.Media



























































































