Kredit öhdəliklərinin yerinə yetirilməsi zamanı aylıq ödənişlərin hissə-hissə edilməsi məsələsi bir çox vətəndaşı maraqlandırır.
Bəs bu, qanunvericiliklə mümkündürmü və aylıq məbləğin tam ödənilməməsi gecikmə kimi rəsmiləşdirilirmi?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, kreditin ödəniş qaydası tərəflər arasında bağlanan müqavilə və ya ödəniş qrafiki ilə müəyyən olunur:
“Kreditin hissə-hissə ödənilməsi borc verən və borc alan arasında ya müqavilədə göstərilir, ya da ayrıca ödəniş qrafiki tərtib olunur. Ümumiyyətlə, hər ay üçün konkret ödəniş məbləği və tarix müəyyən edilir”.
Ekspertin sözlərinə görə, aylıq ödənişin hissə-hissə edilməsi yalnız müəyyən edilmiş tarixədək mümkündür:
“Məsələn, müqavilədə göstərilib ki, borcalan hər ayın 15-dək ödəniş etməlidir. Bu tarixədək ödənişi hissə-hissə etmək mümkündür. Lakin ayın 15-də aylıq məbləğ tam şəkildə ödənilməlidir”.
Əkrəm Həsənov vurğulayıb ki, müəyyən edilmiş tarixədək aylıq ödəniş tam şəkildə yerinə yetirilməzsə, bu artıq gecikmə kimi rəsmiləşdirilir və müqavilədə nəzərdə tutulan cərimə və ya əlavə faizlər tətbiq oluna bilər.
Beləliklə, kreditin aylıq ödənişini hissə-hissə etmək qanunvericilik baxımından qadağan deyil, lakin bu, yalnız müqavilədə göstərilən son tarixədək mümkündür. Müəyyən edilmiş müddətdə aylıq məbləğin tam ödənilməməsi isə gecikmə hesab olunur.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
08:42 / 17.12.2025
Banka borcu olan müştərilərin NƏZƏRİNƏ: Kreditinizi bu cür ödəyə bilərsiniz
Hazırda oxunan: Banka borcu olan müştərilərin NƏZƏRİNƏ: Kreditinizi bu cür ödəyə bilərsiniz
Hazırda oxunan: Banka borcu olan müştərilərin NƏZƏRİNƏ: Kreditinizi bu cür ödəyə bilərsiniz
585950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































