Səudiyyə Ərəbistanına məxsus şirkət “Lukoyl”un səhmlərinə NAMİZƏDDİR

Səudiyyə Ərəbistanına məxsus şirkət “Lukoyl”un səhmlərinə NAMİZƏDDİR

Hazırda oxunan: Səudiyyə Ərəbistanına məxsus şirkət “Lukoyl”un səhmlərinə NAMİZƏDDİR

585915

Səudiyyə Ərəbistanına məxsus şirkət “Lukoyl”un (LUKOIL) beynəlxalq aktivlərinin alınması üçün əsas namizədlərdən birinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə məsələ ilə tanış olan üç mənbə “Reuters” agentliyinə məlumat verib.
 

Təxminən 22 milyard dollar dəyərində qiymətləndirilən və dünya üzrə neft yataqlarından, neft emalı zavodlarından (NEZ) və minlərlə yanacaqdoldurma məntəqəsindən ibarət olan bu aktivlərə təxminən onlarla investor tərəfindən müraciət olunub.


Mənbələrin sözlərinə görə, müraciət edənlər arasında ABŞ-ın “Exxon Mobi;” və “Chevron” şirkətləri, həmçinin “Carlyle” adlı özəl investisiya şirkəti də var.

Mənbələrin bildirdiyinə görə, “Midad Energy” sövdələşməni tam şəkildə nağd vəsaitlə həyata keçirməyi təklif edir, lakin pullar Rusiya şirkətinə qarşı sanksiyalar götürülənədək depozitdə saxlanılacaq. Mənbələrdən biri əlavə edib ki, sövdələşmədə ABŞ şirkətləri də iştirak edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO